Ana səhifə / Siyasət / DAK Əli Hacı Ağaevliyə dəstək verdi (foto, video)

DAK Əli Hacı Ağaevliyə dəstək verdi (foto, video)

Dünya Azərbaycanlıları Konqresi (DAK) 01 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar”İnistitutunun direktoru, DAK Məşvərət Məclisi sədrinin birinci müavini, Sülh səfiri Əli Hacı Ağaevlini dəstəkləmək barədə qərar verib.

Tanıtım:

Əli Hacı -“1963 cü il Cəlilabad rayonunun Hovuzbulaq kəndində anadan olub.1980-cı ildə orta məktəbi, 1990 cı illərdə isə Azərbaycan Dövlət Unveristetinin (indiki BDU) hüquq fakültəsini bitirib.

1981-1983-cü illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

elihaci1

983 cü ildən siyasi fəaliyyətə başlamış,(Odlar yurdu),(Çənlibel),(Varlıq),1987-ci ildən Xalq Hərakatının öncullərindən olub.

Müxtəlif vaxtlarda Cənub Rayon Neft donanmasında, Qaradağ Rayon Komsomol komitəsində katib,sonradan Neft və Qaz Kəşfiyyat idarəsində hüquqşünas,baş hüquqşünas vəzifələrində işləmişdir.

Sonraki illərdə “Qaradağ” qəzetində tərcüməçi-muxbir, ” Varliq” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur.

1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib.

1998-2004 cü illərdə Kommersiya və Sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2005-ci ildə 29 saylı Səbayıl və  2010-cu ildə 34 sayılı Xətai ikinci seçki dairəsindən Milli Məclisinin deputatlığına, 2008-ci ildə isə prezidentliyə namizəd olub.

2007- ildən “Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar” İnistitutunu təsis etmişdir və inistitutun direktoru vəzifəsində çalışır.

Əli Hacı Azərbaycan Ədəbiyyatı və İctimayetində sufi şair kimi tanınır. “Ruhumuzun nəğmələri” (1996),”Ruhumuz çəkər göyə” (1997 Ankara,Türkiyə), “Qoyun qisas alan gəlsin”(1998), “Buda mənəm ilahi !”(2005), “Dünyadan qadın iysi gəlir” (2007 Təbriz) şerlər kitabının, “Avesta və müasir dünya adlı elmi-fəlsəfi” əsərin müəllifidir.

2008-ci ildən Azərbaycan türklərinin ən böyük diaspor təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvüdür. Konqresdə müxtəlif mühüm vəzifələrdə təmsil olunmuşdur. Hazırda konqresin Məşvərət Məclisi sədrinin birinci müavini və dünya sülh səfiridir.

Evlidir, 4 qizi 1 oğlu və 6 nəvəsi var”.

alihaci20jpgalihaci19alihaci18alihaci17alihaci12alihaci13alihaci14alihaci15alihaci16alihaci7alihaci8alihaci9alihaci10alihaci11alihaci6

alihaci4alihaci3alihaci2alihaci1

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın