Ana səhifə / Siyasət / Daimi məruzəçi kimin əlinə oynayır?- “Erməni lobbisinin tezisi ilə işləyən…”

Daimi məruzəçi kimin əlinə oynayır?- “Erməni lobbisinin tezisi ilə işləyən…”

“İstənilən təxribat və ya zorakılıq Ermənistan və Azərbaycan arasında sülh prosesini təhlükə altına qoyur”. 

Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçyov İrəvanda İctimai Televiziyaya açıqlamasında belə deyib. 

“Avropa Parlamenti bu yaxınlarda qəbul edilmiş qətnamə ilə Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı “təcavüzkar” hərəkətlərini dayandırmalı, insanların hər iki istiqamətdə sərbəst hərəkət edə bilməsi üçün kommunikasiyaların bərpası üçün Laçın dəhlizinin dərhal açılmaslna dair aydın mövqeyini ifadə edib. Bu məsələdə Avropa İttifaqı Ermənistanın suveren ərazisinə qarşı növbəti “təcavüz”ün qarşısını almağa kömək edəcək müşahidə missiyası vasitəsilə bu prosesə töhfə verməyə hazırdır”,-deyə Kovaçyov bildirib. Aİ-nin sərhədlərin demarkasiyası prosesində hansı dəstəyi verə biləcəyi ilə bağlı sualı cavablandıran Andrey Kovaçyov deyib: 

“Bildiyiniz kimi, komissarımız bu yaxınlarda Ermənistanda idi. Avropa qurumları ikitərəfli münasibətlərin qurulmasına kömək etməyə və sərhədin demarkasiyası və demarkasiyasına kömək etməyə çalışır. Bu, təbii ki, Ermənistan və Azərbaycanın işçi qrupları tərəfindən həyata keçirilməlidir. Hər hansı təxribatçı bəyanat müsbət qərara gətirib çıxara bilməz. Sərhədlər məsələsində tərəflər gələcəkdə oxşar təxribatlara yol verməmək üçün qərara aydınlıq gətirməlidirlər”. Kovaçyov aprelin 11-də Laçın istiqamətində baş vermiş hərbi təxribatın guya Azərbaycan tərəfindən törədilməsi barədə erməni junalistin yönləndirici sualına cavabında bununla bağlı Avropa İttifaqının mülki missiyasının hesabatını gözlədiyini deyib: “Bu, Avropa Parlamentinə hələ heç bir hesabat təqdim etməyən kifayət qədər yeni mülki missiyadır. Yəni indi bu təxribatla bağlı xəbərləri rəhbər tuturam. Tezliklə müşahidəçilərdən ilk hesabatı gözləyirəm. Sərhədin mümkün qədər çox müxtəlif hissələrində vəziyyət haqqında daha çox sənədləşdirilmiş məlumat əldə edə bilmək üçün müşahidə missiyasının tərkibinin genişlənməsini də alqışlayıram”. Ermənilər Kovaçyova Avropa İttifaqının Azərbaycana qarşı nə üçün sanksiyalar tətbiq etmədiyinə dair növbəti təxribatçı sual ünvanlayıb. Cavabında Ermənistan üzrə məruzəçi belə deyib: “Avropa Şurası sanksiyalar siyasətinə cavabdehdir. Lakin prioritet diplomatik tədbirlərdir. Mən Azərbaycanı bir daha Laçın dəhlizinin blokadasını açmağa, insanların və yüklərin hər iki istiqamətdə sərbəst hərəkətinə təminat verməyə çağırıram. Bu, 2020-ci ildə imzalanmış üçtərəfli sazişin mühüm müddəalarından biridir. Təəssüf ki, Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmirlər və Rusiya Federasiyası heç bir şəraitdə etibarlı tərəfdaş deyil”. 

Müsahibə zamanı Ermənistan İctimai Televiziyası məqasədyönlü şəkildə Kovaçyovdən Azərbaycan əleyhinə tənqid və hədə dolu ifadələr almağa çalışıb. Ona görə də suallar Azərbaycana qarşı ittihamlardan ibarət olub. Guya Azərbaycanın müharibəyə hazırlaşdığı və bu halda Avropa İttifaqının hansı addım atacağı barədə sual da eyni məqsəd daşıyıb. Kovaçyov cavabında rəsmi Bakının sülh gündəliyinə və sərhədlərin demarkasiyası prosesinə sadiq qaldıqları barədə bəyanatlarını eşidiyini deyib: 

“Bu, vəziyyəti həll etməyin yeganə dinc və sivil yoludur. Biz Avropa Parlamentində nifrət nitqindən çəkinməyə çağırdıq. Aİ sülh prosesinin asanlaşdırılmasına töhfə vermək niyyətindədir. Çünki bu, Azərbaycan və Ermənistan vətəndaşlarının dinc şəraitdə yaşaması, təhsil alması, karyerası, sosial rifahı və ən əsası azad vətəndaş olması üçün zəruri amildir və hər an hücumların baş verə biləcəyindən qorxmamalıdır”. 

Politoloq Yeganə Hacıyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, Kovaçyov Avropa Parlamentində erməni lobbisinin genişlənməsində fəal iştiirak edib. Kovaçyovun Avropa Parlamentində erməni lobbisini maliyyəşdirən milyarderlərlə geniş əlaqələri var: 

“O, Avropa Parlamenitinin qondarma erməni soyqırımı abidəsini ən çox ziyarət edən üzvlərindən biridir. Kovaçyov bolqarıstanlı olsa da, bu Avropa Parlamentində öz ölkəsi üçün heç bir faydalı iş görməyib. Əksinə, çox təzadlı siyasətçi kimi ad çıxarıb. O, vaxtilə kommunizmdən əziyyət çəkməsi barədə çıxışlar etsə də, Rusiya ilə Avropa Parlamentinin münasibətlərinin formalaşmasında iştirak edib. O, erməni lobbi qrupunun siması hesab edilir. Həmçinin, qeyd etmək lazımdır ki, Kovaçyov həm də Bolqarıstan parlamentindəki Rusiya nüfuz dairəsinin simasıdır. Bu barədə məlumatlar tez-tez eşidilir. Kovaçyovun açıqlamlarının eyni gündə Rusiya Dövlət Dumasının rabitə və informasiya texnologiyaları komitəsinin sədr müavini Oleq Matveytsevlə Azərbaycanın ünvanına söylədiyi təxribatçı fikirlərlə necə üst-üstə düşməsinə fikir vermək lazımdır. Bu, o deməkdir ki, onların hər ikisinə tezis erməni lobbisindən gəlib”. 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …