Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Daha Nardaranda qıraq adamlar yoxdur…” – Ağsaqqaldan açıqlama

“Daha Nardaranda qıraq adamlar yoxdur…” – Ağsaqqaldan açıqlama

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Modern.az-a açıqlamasında bildirib ki, uşaqların dərsdən yayınmasına səbəb yolların bağlı olmasıdır.
“Mənim nəvələrim şəhər məktəbində oxuyurlar, necə gündür dərsə gedə bilmirlər. Çünki yolu bağlayıblar, nardaranlıları şəhər buraxmırlar. Bilgəh yolunun üstündə, Maştağada məktəblər var, ailə avtobusla uşaqlarını aparır, buraxmırlar. Bu qeyri-qanunidir. Burada internat məktəbimiz var, uşaqlar gedir, postdan keçə bilmirlər”.
N.Kərimov Nardaranda yerləşən məktəblərə şagirdlərin getməməsini isə orada işığın olmaması ilə əlaqəli olduğunu bildirib.
“Nardarandakı məkətblərə də yəqin işıq olmadığı üçün uşaqlar getməyib. Amma məktəbimiz yerindədir. Kim məktəbin qarşısını alır? Bizim uşaqlarımızı, nəvələrimizi məktəbdən yayınmaq haqqında söhbət ola bilməz”.
Eyni zamanda N.Kərimov günlərlə kəndə işıq verilməməsinə də diqqət çəkib.
“Burada necə gündür işıq yoxdur. Deyirlər guya indi verəcəklər. Bizdən tələb olunan hər şeyi yerinə yetirmişik. Yolların açılmasını təmin edəcəyik. Dünəndən ağsaqqallar qərar qəbul elədi, yollar açılıb. Meydanı silib-süpürürlər, palatkanı da dağıdıbılar. Burada heç nə yoxdur. Burada da qıraq adamlar yoxdur, ancaq Nardaran sakinləridir. Biz sadəcə meyitlərin gəlməsini və işıqların verilməsini gözləyirik”.
Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatla bir qrup cinayətkar dəstə saxlanıldı. Nardaranda keçirilən əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib
Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın