Ana səhifə / Siyasət / Daha iki erməni deputatı Bakıya gəlir

Daha iki erməni deputatı Bakıya gəlir

2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.

İclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq. Daha dəqiq desək, iclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcəklər.

Xatırladaq ki, bu, erməni deputatların Bakıya ilk gəlişi deyil. Belə ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iki ay əvvəl Azərbaycan paytaxtında olmuşdular. Onlar Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının iclasında iştirak etmişdilər. Virtualaz.org

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …