Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Daha bir şəxs ‘SOCAR Türkiye’ şirkətinin rəhbərliyindən uzaqlaşdırılıb

Daha bir şəxs ‘SOCAR Türkiye’ şirkətinin rəhbərliyindən uzaqlaşdırılıb

“SOCAR Türkiye” şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.
“APA-Economics” xəbər verir ki, şirkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.
Qeyd edək ki, bundan öncə şirkətin baş icraçı direktoru Saadettin Korkut istefa verib. Ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb.
S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri Anar Məmmədov (fotoda) əvəzləyib. Yeri gəlmişkən, artıq A. Məmmədov kollektivə təqdim olunub.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın