Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Daha bir dövlət komitəsi ləğv edilir – İxtisarlar başlayıb

Daha bir dövlət komitəsi ləğv edilir – İxtisarlar başlayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi üçün islahatlar başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq komitənin bir neçə alt qurumu ləğv edilib və çoxlu işçi ixtisar olunub. Son bir neçə ay ərzində komitənin 200-ə yaxın işçisi çıxarılıb. Təxminən 3-4 ay öncə başlayan islahatlarla komitənin “Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu”nda, Aparata daxil olan şöbələrdə və digər Xidmət İdarələrində 100-ə yaxın işçi vəzifəsindən azad olunub.

Komitənin daxilində olan “Təcrübə-Sınaq Mərkəzi”nin də son bir ay ərzində paytaxtda yerləşən idarəsindən 60-a yaxın, Gəncədəki şöbəsindən isə 20-ə yaxın işçi ixtisar edilib. Mərkəzin Sertifikat şöbəsi tamamilə ləğv edilib. Hazırda komitənin ləğv edilməsi istiqamətində işlər görülür. Komitəyə daxil olan idarələrin digər oxşar nazirliklərə birləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdu.

Murad Əhməd

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın