Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Daha bir AXCP üzvü Razi Nurullayevin tərəfinə keçdi

Daha bir AXCP üzvü Razi Nurullayevin tərəfinə keçdi

Son günlər AXCP-ni tərk edənlərin sayı artmağa başlayıb. Bir müddət öncə AXCP sədrinin müavini postundan və partiyadan istefa verən Razi Nurullayevin dünən keçirtdiyi mətbuat konfransından sonra bu prosesin sürətlənməyə başladığı müşahidə edilir. 
 
Belə ki, musavat.com-a daxil olan məlumata görə, AXCP-nin Qubadlı rayon şöbəsindən partiyanın Ali Məclisinin üzvü olan Kamil Babayev dünən Razi Nurullayevin təşkilatçılığı ilə təsis edilən alternativ AXCP-yə keçdiyini bəyan edib.
 
Kamil Babayevin bəyanatında deyilir:
“1990-cı ildən bu günə kimi AXC və AXCP-də fədakarlıqla mübarizə həyatı keçmişəm. Hakimiyyətin bizə yaratdığı iztirabları və məşəqqətləri yaşamışam. Bu gün də hakimiyyətin apardığı repressiya siyasətinə qarşı fəaliyyət göstərirəm. 1990-cı ildən gələn yolumda heç bir zamanda dəyişiklik olmayıb və olmayacaq da…
Lakin, səmərəsiz mübarizə və daxili intriqalar hər kəs kimi, məni də yorub. Mən də o düşüncədəyəm ki, hakimiyyət dəyişməlidir və mütləq dəyişməlidir. Lakin, onun dəyişdirmək üçün gizli oyunlara və hakimiyyətlə bir-birinə pas ötürməyə son qoyulmalıdır.
Əli Kərimli artıq uzun müddətdir ki, sədrdir. Lakin onun tutduğu yolun uğurlu olmasına inancımı itirmişəm. Əminəm ki, partiya rəhbərliyi dəyişsə, ciddi nəticələrə səbəb olar. Bunun üçün də çağırış edirəm ki, AXCP-də gəncliyə yol açılsın.
Çünki, partiya içində gedən oyunlar, Əli Kərimlinin tənqidə dözümsüzlüyü, cəbhəçilərlə müqayisədə kifayət qədər normal yaşayışı və apardığı siyasətin də şəxsi maraqlar və şəxsi istəkləri üzərində qurulması mənə digər yol qoymur.
Bunun üçün də mən bu gündən Razi Nurullayevin rəhbərliyi ilə elan olunan və alternativ fəaliyyət göstərən AXCP-yə qoşulduğumu və fəal siyasətdə sözümü deyəcəyimi bəyan edirəm. Bütün cəbhçiləri də ayıq-sayıq olmağa və nəticəsiz mübarizədən çəkilməyə, bizimlə bərabər bu polis rejimi yaradan hakimiyyətlə mübarizəyə səsləyirəm”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın