Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Dağlıq Qarabağa ən yaxşı halda 1989-cu ilə qədər olan statusa bənzər status verə bilərik”

“Dağlıq Qarabağa ən yaxşı halda 1989-cu ilə qədər olan statusa bənzər status verə bilərik”

Sabahınız xeyir, cüməniz mübarək olsun,  əziz həmvətənlərim!  
Öncə onu deyim ki, xilaskar ordumuz dünəndən ən əhəmiyyətli mövqelərdən zəfər yürüşünün ikinci və həlledici mərhələsinə başlayıb,  yeni və böyük şad xəbərləri  qarşılamağa hazır olun. Yenilməz Azərbaycan ordusunun ağıllı və dəqiq  həmlələrinə tab gətirməyən mənfur düşmən  təxribatlar törətmək üçün müxtəlif vasitələr axtarır. Odur ki, daxili təhlükəsizliyin təminatı üçün hər kəsdən gözüaçıq və diqqətli olması tələb olunur. 
İkincisi, hesab edirəm ki, Biz vətən müharibəsindən  ən azı iki nəticə ilə çıxmalıyıq: Qarabağı işğalçılardan azad etməli, xalq olaraq bütünləşməli, mücadiləmizi  sonadək davam etdirməliyik.Biz, Dağlıq Qarabağa  yüksək statusu müharibədən əvvəl, sülh şəraiti ücün təklif edirdik. Biz,  müzəffər ordumuzun  qalibiyyət yürüşünü sonadək davam etdirib, qalib  xalq kimi söz sahibiynə çevrilib, Dağlıq Qarabağa  ən yaxşı halda 1989-cu ilə qədər olan statusa bənzər status verə bilərik. Biz,  sülhməramlılar adı ilə rus və digər ölkələrin hərbi qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə əsla yol vermərik. 
Biz  tarixi ədalətin, beynəlxalq hüququn, ərazi bütövlüyünün bərpa olunması üçün sonadək mübariz olacagıq. 
Biz hətta Qərbdən sanksiyalar tətbiq olunsa, Rusiya müharibə elan etsə belə bu  müqqəddəs və haqq mübazirəmizdən geri dönməyəcəyik.  
Biz tam və qəti qələbə çalacagıq, nə yarımçıq müharibə, nə də yarımçıq sülhlə barışmayacagıq və bu yolda xalqa xəyanət edənləri heç vaxt bağışlamayacagıq. 
Biz  məzarlarda uyuyan şəhidlərin ruhunu şad etmək üçün onların ailələrinə daimi qayğı göstərəcəyik, vətən fədailərini heç vaxt unutmayacağıq, həmişə ehtiramla, heyranlıqla və həsrətlə yad edəcəyik.Bu da Azərbaycan xalqının baza prinsipləridir. 
Qubad Ibadoğlu

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …