Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Dərslər sentyabrın 18-dən başlayacaq?

Dərslər sentyabrın 18-dən başlayacaq?

Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən – bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Virtualaz.org-un məlumatına görə, KİV-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, dərslər sentyabrın 18-dən deyil, 15-dən başlayacaq.

Nazirlikdən əlavə edilib ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Buna görə də bu il də 5 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər dərslərinə sentyabrın 15-də başlamalı, 2 günlük fasilədən sonra, yəni sentyabrın 18-dən tədrislərinə davam etməlidirlər.

6 günlük tədris həftəsi ilə təhsil alanlar isə sentyabrın 15-i və 16-da dərs məşğələlərində iştirak etməlidirlər.

Nazirlikdən o da qeyd edilib ki, hər bir dərs ilində şagirdlər üçün tətil günləri müəyyənləşdirilir. 2017-2018-ci tədris ili üçün müəyyənləşdirilmiş tətil günləri 16-20 noyabr ( 5 gün payız tətili ), 27-31 yanvar (5 gün qış tətili), yalnız ibtidai siniflərin şagirdləri üçün 1-5 maydır (5 günlük əlavə yaz tətili).

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın