Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Dərbəndin azərbaycanlı başçısı vəzifəsindən kənarlaşdırılıb

Dərbəndin azərbaycanlı başçısı vəzifəsindən kənarlaşdırılıb

Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

Məhkəmə M. Cəlilovun ev dustaqlığına məhkum edilməsi barədə qərar verib.

İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2,2 milyon rubl ziyan vurmuş olub.M. Cəlilov azərbaycanlıdır.

Qeyd edək ki, Dağıstan Rusiyanın ən kasıb regionlarından biridir. Hazırda Dağıstanda Moskvadan olan güc strukturlarından ibarət komissiya fəaliyyət göstərir. Bundan əvvəl regionda korrupsiya cinayətləri ilə əlaqədar hökumətin yüksək vəzifəli şəxsləri, baş nazir, onun iki müavini və təhsil naziri, eləcə də Mahaçqala meri və baş memarı həbs olunublar.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …