Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Dəhşətli qəzaya səbəb olan sürücü saxlanıldı

Dəhşətli qəzaya səbəb olan sürücü saxlanıldı

Sürücünün sərxoş olub-olmadığı araşdırılır

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Azinforum.az  xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. “Onun qarşısına piyada çıxmayıb”, – deyə, idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi – Video

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda …

Bir cavab yazın