Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Çovdarovun qohumları hələ də Mərkəzi Bankdadır…

Çovdarovun qohumları hələ də Mərkəzi Bankdadır…

Bir neçə gün əvvəl dərc etdiyimiz yazıda Mərkəzi Bankın sədr müavini, bankın İdarə Heyətinin üzvü Aftandil Babayevin Dövlət Statistika Komitəsinin uzun müddət boş qalmış sədr vəzifəsi uğrunda mübarizəsindən bəhs etmişdik.
Xatırlatma üçün qeyd edək ki, Aftandil Babayev Mərkəzi Bankda MTN generalı Akif Çovdarovun ən yaxın dostu olub. Bu gün NUH.az-a daxil olan məlumata görə, Mərkəzi Bankda təkcə Aftandil Babayev deyil, digər bir neçə mühüm vəzifə sahibi keçmiş nazir Eldar Mahmudovun və Akif Çovdarovun tapşırıqlarını icra ediblər.
Belə vəzifə sahiblərindən biri də Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev olub. Mənbənin iddiasına görə, Baş direktor Akif Çovdarovun yaxın qohumudur.
Maraqlıdır ki, baş bankir Elman Rüstəmov bu şəxslərə qaşın üstdə gözün var deyə bilmir. Mənbə bunun səbəbini Çovdarovda baş bankirin özəl həyatı ilə bağlı “kasset”in oması ilə izah elədi.
Yazıda adıkeçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın