Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Cocuq Mərcanlıya qayıdış Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə mesajdır – deputat

Cocuq Mərcanlıya qayıdış Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə mesajdır – deputat

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı tarixi və siyasi əhəmiyyətə malik sənəddir.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, yaxın gələcəkdə Cocuq Mərcanlı kəndində çox müasir və yeni bir qəsəbənin tikintisinin şahidi olacağıq: “Bu eyni zamanda Ermənistana, ATƏT-in Minsk qrupuna və digər beynəlxalq təşkilatlara bir mesajdır ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edəcək və burada yaşayan vətəndaşlarının təhlükəsizliyini, dədə-baba torpaqlarında yaşamaq hüququnu tam öz gücü ilə bərpa edəcək. Artıq bundan nəticə çıxarmağa başlayanlar var və kim də nəticə çıxarmasa, bunun acı bir dərsini alacaq”.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı Prezidentin bu sərəncamını yüksək qiymətləndirir və dəstəkləyir.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın