Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Çingiz Qənizadə Qalib Salahzadəni məhkəməyə verdi

Çingiz Qənizadə Qalib Salahzadəni məhkəməyə verdi

Milli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı Qalib Salahzadəni məhkəməyə verib.
Bu barədə “Report”a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib.

Onun sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R.Mustafayev qeyd edib ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.
R.Mustafayev bildirib ki, Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsidir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …