Ana səhifə / Siyasət / Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlər təkbətək görüşdülər

Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlər təkbətək görüşdülər

Cenevrədə Ermənistan və Azərbaycan prezidentlərinin genişləndirilmiş tərkibdə danışıqlarından sonra Serj Sərkisyan və İlham Əliyevin təkbətək formatında görüşü olub.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan Twitter-dəki mikrobloqunda yazıb.

 

*  *   *14:47

Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, Cenevrədə prezidentlər İlham Əliyevlə Serj Sərkisyan arasında Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə başlayan görüş hələ davam edir.

Görüş İsveçrənin BMT-nin Cenevrə ofisindəki və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsinin ofisində keçirilir.

Məlumatda deyilir ki, bu danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü də planlaşdırılıb.

*   *   *14:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.

“AzərTAc” xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

***14:32

Cenevrədə Ermənistan prezidenti Serj Sarkisyanla Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə danışıqları başlayıb.

Bu barədə özünün “Twitter” mikrobloqunda Ermənistan dövlət başçısının mətbuat katibi Vladimir Akopyan yazıb.

Görüş İsveçrənin BMT-nin Cenevrə ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyində keçirilir.

***09:54

Bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş keçiriləcək.

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşəcəklər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …