Ana səhifə / Siyasət / Çavuşoğlu: “Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk etdi”

Çavuşoğlu: “Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk etdi”

“Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında deyib.

“Gecə-gündüz yerli xilasedicilər çalışır. Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar”, – nazir bildirib.

Çavuşoğlunun sözlərinə görə, ümumilikdə 90 ölkədən 11 mindən çox insan Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 975 nəfərə çatıb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.(Report)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …