Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər tez bir vaxtda Ermənistan və Azərbaycan tərəfindən imzalanması lazımdır. Biz bu prosesi dəstəkləyirik.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Angelesdə türk icması ilə keçirdiyi görüşdə söyləyib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır. Təəssüf ki, sayları az olan ABŞ-dakı erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki, onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var və bu fürsəti dəyərləndirməsi lazımdır.

Əlli ilə əvvəl ASALA erməni terror təşkilatları tərəfindən türk diplomatlarının ilk dəfə məhz Los-Angelesdə qətlə yetrildiyini xatırladan nazir Mövlud Çavuşoğlu türk icmasından fəal olmalarını, ABŞ-ın ictimai-siyasi həyatında ciddi təmaslar qurmalarını xahiş edib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …