Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Çavuşoğlu Bakıda FETÖ-dən danışdı – “Azərbaycan bu ölkələrin başında gəlir”

Çavuşoğlu Bakıda FETÖ-dən danışdı – “Azərbaycan bu ölkələrin başında gəlir”

“Azərbaycan FETÖ ilə bağlı bizə ən güclü dəstəyi verən ölkələrin başında gəlir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu bildirib ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb: “FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim “Maarif” Vəqfinə verə bilər”.
M.Çavuşoğlu onu da bildirib ki, Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir.
Onun sözlərinə görə, iki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində daha da genişlənir və dərinləşir: “Biz hər sahələrdə sıx əməkdaşlıq edirik, həmçinin Avropa Şurası Parlament Assambleyasında. Baxmayaraq ki, bu qurum öz etibarını və nüfuzunu getdikcə itirir”. (Virtualaz.org)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …