Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Cavid Qurbanovun tabeliyində olan bir çox təşkilat ləğv edildi

Cavid Qurbanovun tabeliyində olan bir çox təşkilat ləğv edildi

“Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində fəaliyyət göstərən bir neçə təşkilat ləğv olunub.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax Dəmir Yolu Ambulatoriyası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası ləğv olunduqlarını elan ediblər.

Bununla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Taun Əleyhinə Stansiyası da ləğv olunub.

Əlavə olaraq, Lənkəran Dəmiryol Ambulatoriyası, Ucar Dəmiryol Ambulatoriyası, Mincivan Dəmiryolu Xəstəxanası, Hacıqabul Dəmiryolu Xəstəxanası, Salyan Xətt Xəstəxanası, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzi də ləğv edilib.

Həmçinin oxuyun

Blinken Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı

Biz Azərbaycan və Ermənistanın iki ölkə arasında sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci il …

Bir cavab yazın