Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Cavid Qurbanovun qardaşı xidmət rəisi təyin olundu

Cavid Qurbanovun qardaşı xidmət rəisi təyin olundu

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun qardaşına yüksək vəzifə verilib.

Mia.az-ın məlumatına görə, İlqar Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəhbər təyin olunub.

Qeyd edək ki, İlqar Qurbanov təyinata qədər Əlililəri Reabilitasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Məlumat üçün onu da bildirək ki, bir ay öncə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanında müvafiq dəyişiklik edilməsi barədə fərman verib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin aparatının işçilərinin say həddi 25 ştat vahidi müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yenidən stukturlaşması ilə əlaqədar nazirliyin aparatı və digər strukturlarının ştat vahidində də dəyişiklik edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 177 ştat vahiddən 211 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatının işçilərinin say həddi 50 ştat vahidindən 57 ştat vahidinə (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aparatının işçilərinin say həddi 54 ştat vahidindən 56 ştat vahidinə , rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 303 ştat vahidindən 306 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının işçilərinin say həddi 42 ştat vahidindən 52 ştat vahidinə çatdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 314 ştat vahidindən 308 ştat vahidinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 3003 ştat vahidindən 2859 ştat vahidinə endirilib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın