Ana səhifə / Siyasət / Cavid Qurbanov ADY-dən getməyə hazırlaşır… – İDDİA

Cavid Qurbanov ADY-dən getməyə hazırlaşır… – İDDİA

Bir zamanlar baş nazirlik sevdasına düşən Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun bir arada Bakı meri postunda gözü olduğ ortaya çıxmışdı. Doğrudur, sonradan cavidsevərlər tərəfindən bu məlumat israrla təkzib olundu, amma bəlli idi ki, işin içində iş var…

Bu sözlər DİA.AZ-a göndərilən məlumatda yer alıb.

Xəbəri yollayan qaynaq iddia edir ki, ölkənin baş dəmiryolçusu hələ də özünü tutduğu postunda diskomfort hiss edir və yaxın günlərdə yeni vəzifəyə iddialıdır.

Mənbənin göndərdiyi məlumatda deyilir: “Cavid Qurbanov yaxşı bilir ki, artıq ADY-nin rəhbərliyində uzun müddətə qala bilməz. Hazırki postu yetərincə kirləndirib və yeni dönəmə yeni missiya ilə başlama vaxtıdır. Və buna görə də yaxın günlərdə Cavid Qurbanovun yeni postda reankarnasiyasına şahidlik edə bilərik. Ola bilsin ki, yeni məqamı hazırki vəzifəsindən aşağıda imiş kimi görünsün… Amma məsələ bunda deyil. Əsas vacib olanı Cavid Qurbanovun bir sima olaraq yenilənməsidir”.

Mənbə iddia edir ki, kifayət qədər yıpranmış fiqur olan Cavid Qurbanovun görəv başına gəldiyi ilk günlərdə özündən əvvəlki ADY rəhbərinin kabinetindən gələn qayğanaq iyinə ilişməsi də artıq effektini itirib: “Burada məsələ ondadır ki, ADY sədri vəziyyətin onun xeyrinə işləmədiyin i yaxşı dərk edir və özünü hazırki yenilənən komandada yamaq kimi hiss edir. Buna görə də Cavid Qurbanova nisbətən göz önündən kənar bir vəzifə ciddidən lazımdır. Əks halda adamın karyerası həbsə qədər gedib çıxa bilər. Çünki ortalıqdakı mənfiləri gizlətmə iqtidarı tükənmək üzrədir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …