Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Cavid Hüseynovun məhkəmə qarşısına çıaxacağı tarix məlum oldu

Cavid Hüseynovun məhkəmə qarşısına çıaxacağı tarix məlum oldu


Fotbolçu Cavid Hüseynovun ev dustaqlığı ilə bağlı verilən vəsatətin təmin edilməməsindən sonra verilən apelyasiya şikayətinin vaxtı məlum olub.

Mir.az xəbər verir ki,”Qəbələ” futbol klubunun keçmiş kapitanının vəkili Adəm Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Bakı Apeyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun rəhbərliyi ilə keçiriləcək məhkəmə avqust ayının 31-i saat 11:00-da keçiriləcək. Məhkəmədə Cavid Məmmədovun həbsinin ev dustaqlığı ilə əvəz ediləsi ilə bağlı verdiyimiz vəsatətin qəbul edilməməsi ilə bağlı apelyasiya şikayətinə baxılacaq.

“Düşünürəm ki, jurnalist Rasim Əliyevin ölümündə fotbolçunun heç bir günahı yoxdur. Ona görə müvəkkilimin ev dustaqlığına buraxılması barədə apelyasıya şikayəti vermişik”, – deyə hüquqşünas Adəm Məmmədov bildirib.

Vəkil həmçinin Cavid Hüseynovun ölüm hadisəsiylə heç bir əlaqəsi olmadığına dair əlində sübutlar olduğunu lakin istintaq sirri olduğu üçün açıqlaya bilməyəcəyini bildirdi.
Avqust ayının 27-də Səbail rayon Məhkəməsində həbsdə olan futbolçu Cavid Hüseynovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılmışdı.

Lakin məhkəmə vəsatəti təmin etməmiş, Adəm Məmmədov isə gün ərzində bu qərarla bağlı apellyasiya məhkəməsinə şikayət edəcəklərini bildirmişdi.

Hakim Elşad Şamıyevin sədrliyi ilə keçən məhkəmədə çıxış edən Cavid Hüseynov özünü bu iş üzrə təqsirli bilmədiyini demişdi.

C.Hüseynov Cinayət Məcəlləsinin 307-ci maddəsinin 1 və 2 bəndləri ilə (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ittiham elan olunub. Futbolçu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Jurnalist Rasim Əliyevin ölümündən bir gün son sonra Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu jurnalist Rasim Əliyevin ölümü bağlı birgə məlumat yaymışdı.

Həmin məlumatda deyilirdi:

“Avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın