Ana səhifə / Siyasət / Canlı yayında “Mehman Hüseynov sındı, ya yox?” qarşıdurması – Niyaməddin Orduxanlı ilə Əhəd Məmmədli qarşı-qarşıya

Canlı yayında “Mehman Hüseynov sındı, ya yox?” qarşıdurması – Niyaməddin Orduxanlı ilə Əhəd Məmmədli qarşı-qarşıya

Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında bu dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli qarşı-qarşıya gələcək. Debatda blogerin höbs müddətinin artırılması cəhdində iştirak edən polis leytenantı Əli Abdalovla barışması, barışma videosunun cəmiyyətdə yaratdığı ikili, ziddiyyəti fikirlər, “bu hərəkəti ilə Mehmanbə onu müdafiə edənlərin zəhmətini yerə vurdu” kimi dartışmalar, eləcə də bloger ətrafında son günlər baş verən proseslər müzakirə olunacaq.

Bu gün saat 12.00-də başlanacaq verilişə siz də öz mövqe və suallarınızla qatılın, mövzunun detalları ilə tanış olun.

Bir saat boyunca davam edəcək canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak edə bilərlər.

Facebook səhifəmizin ünvanı:

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …