Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Cahangir Hacıyevdən Penitensiar Xidmətə korrupsiya ittihamı

Cahangir Hacıyevdən Penitensiar Xidmətə korrupsiya ittihamı

Hazırda 1 Saylı Bakı istintaq Təcridxanasında saxlanılan Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyev məhkəmə prosesində sensassiyaya səbəb olan açıqlamaları ilə gündəmdədir. Sonuncu məhkəməsində Cahangir hacıyev Penitensiar Xidməti korrupsiyada ittiham edib. Onun sözlərinə görə, dekabrın 19-dan qaldığım kameradan məni artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər:

“Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təcridxanada həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, altı gün ac qalmalısan. 45 dərəcəistidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin, ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər”.
C.Hacıyev bu cür münasibəti işgəncə kimi dəyərləndirib: “Mənə bu şəkildə işgəncəvermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın