Ana səhifə / Araşdırma / Cahangir Hacıyev nədə ittiham olunur? – Vəkil

Cahangir Hacıyev nədə ittiham olunur? – Vəkil

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevə qarşı irəli sürülən ittihamlar sırasında CM-nin 178-ci maddəsi yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında C.Hacıyevin vəkili Aqil Layıcov deyib. Onun sözlərinə görə, müvəkkili dələduzluq maddəsi ilə ittiham olunmur: “Ötən gün bəzi media qurumları Cahangir Hacıyevə qarşı CM-nin 178-ci maddəsi (dələduzluq) ilə ittiham irəli sürüldüyünü bildirib. Halbuki hüquqlarını müdafiə edəcəyim şəxsə qarşı Cinayət Məcəlləsinin 179-cu və 308-ci maddələri əsasında ittiham irəli sürülüb”.

Qeyd edək ki, C.Hacıyev barəsində ötən gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın