Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Cahangir Hacıyev müxalifətə keçib? – AÇIQLAMA

Cahangir Hacıyev müxalifətə keçib? – AÇIQLAMA

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin təcridaxanadan yaydığı ittiham dolu məktubun məğzi onun müxalifət cəbhəsinə keçdiyinə dair işartılar verməkdədir.

“Məqalə özü müxalifyönlüdür və haqlı olaraq tənqidi məqalədir”. Bu barədə Cahangir Hacıyevin hüquqlarını müdafiə edən Fəxrəddin Mehdiyev modern.az-ın suallarına cavab verərkən deyib verib.

O deyib ki, müvəkkili sadəcə barəsində səslənən ittihamlara cavab verib:
“Cahangir Hacıyev baş verənlərə aydınlıq gətirib. Eyni zamanda devalvasiya və iqtisadi problemlərə görə Maliyyə Nazirliyinin yol verdiyi nöqsanlarla bağlı mütəxəssis kimi mövqeyini ortaya qoyub. Məqalə özü müxalifyönlüdür və haqlı olaraq tənqidi məqalədir. Cahangir Hacıyev həmin məqalədə öz haqlı mövqeyini sərgiləyib. Müvəkkilim hələ işlədiyi dövrlərdə də öz tənqidi fikirlərini bildirib.
Onun indiki məqaləsi 2000-ci illərdə “Zerkalo” qəzetində çıxan məqalələr səpkisində olan bir yazıdır. Qeyri-neft sektorunun inkişafı ilə bağlı onun mövqeyi olub. İndi isə daha çox devalvasiya və iqtisadiyyatdakı təhlükə ilə bağlı öz fikirlərini bildirib. Bu da iqtidar, müxalifət düşərgəsinə mənsubiyyətilə bağlı deyil”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın