Ana səhifə / Siyasət / Cahangir Hacıyev 10 milyardan çox pulu mənimsəyib` – deputat

Cahangir Hacıyev 10 milyardan çox pulu mənimsəyib` – deputat

“Cahangir Hacıyev milyardlarla dolları mənimsəməsəydi, bank sektoru bu vəziyyətə gəlməzdi”.

AzVision.az xəbər verir ki, bunu deputat Zahid Oruc 2017-ci il dövlət büdcə layihəsinin komitələrin birgə iclasında müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Cahangir Hacıyev 10 milyardan artıq məbləği mənimsəyib: “Halbuki o məbləğlə bank sektorunu ayağa qaldıra bilərik”.

Milli Məclisin üzvü qeyd edib ki, hökumət üzvlərinin, məmurların bütün sahələrdə ekranlara çıxmaq sayı kəskin azalıb: “Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mavi ekranlarda görünmür. 22 fevraldan bu günə qədər hörmətli Elman Rüstəmovu ekranlarda görmürük. Bəli, bu gün nəhayət, burdadır. Manat dollar məsələsi ilə bağlı hər gün dəyişən durum əhaliyə düzgün izah olunmalıdır. Hər xalqın özünə məxsus mental xüsusiyyəti var. Bizim xalqın mental xüsusiyəti belədir ki, manatın kursu düzəlməyincə, yastıq altında olanları çıxmayacaq”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın