Ana səhifə / Siyasət / Cahandar Bayoğlu Türk Ocaqlarının konfransında çıxış edib-FOTOLAR

Cahandar Bayoğlu Türk Ocaqlarının konfransında çıxış edib-FOTOLAR

Türkiyədə səfərdə olan Birləşmiş Azərbaycan Yurdları Ocaqlarının başqanı Cahandar Bayoğlu bir sıra görüşlər keçirib.

Azinforum.az-a daxil olan məlumata görə, C.Bayoğlu Mersində “Azərbaycan, Türkiyə və Türkiyə birliyi” adlı konfransda iştirak edib. Konfransda məruzəçi kimi çıxış edən C.Bayoğlu deyib ki, Türk Ocaqlarının təşkil etdiyi konfrans olduqca faydalı olub: “Məni Türk Ocaqlarının Mersin üzrə başqanı Ünal Kılıç bəy dəvət etmişdi. Dəvətə görə, Ünal bəyə və Türk Ocaqları  Mersin təşkilatınının İdarə Heyətinə təşəkkürümü bildirirəm”.

Toplantıda  Yazar Mustafa Yörü bəyin Təbriz həyatından bəhs edən “İshak Kuşu Yıtık Çulun Peşinde” əsərini mənə hədiyyə etdi. Bu hədiyyə məni çox təsirləndirdi”.

Cahandar Bayoğlu bildirib ki, Türk Ocağı 1911-ci ildə Əhməd Bəy Ağaoğlu, Yurdaqul, Ağacıq, Sərdaroğlu, Yüksələn, Akçuraoğlu kimi məşhur türk aydınları tərəfindən qurulub.  Sonradan bu qurumu Osman Turan, Nihal Atsız kimi böyük aydınlar günümüzə qədər yaşadıblar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …