Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Cəmil Həsənlinin qızının vəsatəti qismən təmin edildi

Cəmil Həsənlinin qızının vəsatəti qismən təmin edildi

Bu gün Bakı Apelyasiya Məhkəməsi (BAM) Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxılmasını davam etdirib.

Şikayət birinci instansiya məhkəməsinin qərarından verilib. Xatırladaq ki, fevralın 22-də Yasamal Rayon Məhkəməsi Güneli 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, bir il yarım müddətinə azadlıqdan məhrum edib.

Apreldə Bakı Apelyasiya Məhkəməsi şikayətə istintaqla baxmaqdan imtina edib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verib, bu şikayət də təmin edilməyib.

Sentyabrın 11-də Bakı Apelyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxmağa başlayıb.

Azadliq.info bildirir ki, bu gün məhkəmə müdafiə tərəfin təkrar məhkəmə-tibbi ekspertizanın keçirilməsi və geniş tərkibdə mütəxəssislərin iştirakı ilə zərərçəkmişin müayinə edilməsi haqqında vəsatətinə baxıb. Məhkəmə vəsatəti qismən təmin edib və ekspertiza keçirilməsini qərara alıb, lakin ekspertizanın formatını dəqiqləşdirməyib.

Bununla əlaqədar olaraq məhkəmə təhqiqatı qeyri-müəyyən müddətə təxirə salınıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın