Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Cəmil Həsənlinin qızının məhkəməsi oldu

Cəmil Həsənlinin qızının məhkəməsi oldu

Avqustun 12-də Ali Məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı, avtomobil qəzası törətməkdə ittiham olunan Günel Həsənlinin şikayətinə baxılıb.

G.Həsənlinin vəkili işin istintaqla aparılması ilə bağlı əvvəlki məhkəmə instansiyasında vəsatət qaldırıb, ancaq o, təmin edilmədiyi üçün Ali Məhkəməyə şikayət göndərib.

Avqustun 12-də Ali Məhkəmədə G.Həsənli olmadan həmin şikayətə baxılıb.

Vəkil Adil İsmayılov bildirib ki, işin bu müstəviyə çıxarılması anormaldır, birinci instansiya məhkəməsi də, apelyasiya məhkəməsi də istintaqla keçiriılməliydi. O, istintaq zamanı kobud pozuntular olduğunu bəyan edib.

Vəkil ekspertiza zamanı gənc həkimin kobud yanlışlara yol verdiyini söyləyib: «Zərərçəkən rentgen müayinəsindən keçsə də, bu, iş materiallarına əlavə edilməyib».

Buna görə də Adil İsmayılov işin istintaqla aparılmasını xahiş edib.

Dövlət ittihamçısı vəkilin dediklərini əsassız adlandırıb.

Məhkəmə vəsatəti dəyişmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib.

Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirib.

Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobiliylə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb. (azadliq.org)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın