Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılması təxirə salınıb

Cəmil Həsənlinin qızının apellyasiya şikayətinə baxılması təxirə salınıb

Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılması qeyri-müəyyən müddət üçün təxirə salınıb.
Bu barədə “Turan”-a C.Həsənli bildirib.
Buna müdafiə tərəfin Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasının vəkillərin təkrar məhkəmə istintaqı aparılması haqqında qərarından kassasiya şikayəti verməsi səbəb olub.
Xatırladaq ki, fevralın 22-də Yasamal rayon məhkəməsi Günel Həsənlini 2014-cü il sentyabrın 19-da avtomobili ilə Adilə Səlimovanı vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 1,5 il müddətinə azadlıqdan məhrum edib.
Lakin “zərərçəkmiş” özü Adilə Səlimova bu cəzanı əsassız hesab edin. O bildirib ki, Günel onu öz maşını ilə vurmayıb, əksinə, küçədə özünü pis hiss etdikdə ona kömək edib. Bununla əlaqədar olaraq Səlimova məhkəmədən Günel Həsənlini cəzadan azad etməyi xahiş edir.
Hökmdən şikayət verilib.
Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş hazırlıq iclasında vəkil Adil İsmayılov bu iş üzrə istintaqı “ədalətsiz və qərəzli” adlandırıb. O, təkrar məhkəmə istintaqının aparılması haqqında apellyasiyaya baxılması barədə vəsatət qaldırıb.
Lakin hakim Əflatun Qasımov vəsatəti təmin etməyib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın