Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Cəmil Həsənli dedi ki, Azərbaycanda Türkiyə hərbi bazalarının qurulması məqsədəuyğun deyil”

“Cəmil Həsənli dedi ki, Azərbaycanda Türkiyə hərbi bazalarının qurulması məqsədəuyğun deyil”

“Qarabağda əks-hücum əməliyyatlarından əvvəl Azərbaycanda Türkiyə hərbi bazalarının qurulmasına bir qurum etiraz etdi: Milli Şura. Cəmil Həsənli dedi ki, Türkiyə hərbi bazalarının qurulması məqsədəuyğun deyil. Bildirdi ki, hərbi əməkdaşlığın 100 forması var, hərbi bazanın da yaradılması onlardan biridir”.

Bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

A.Səmədov qeyd edib ki, bu, Cəmil Həsənlinin qəti etirazı idi: “Bir həftə sonra Əli Kərimli bir konsepsiya ortaya qoydu. Qeyd etdi ki, müharibə olmamalıdır, müharibə qandır, hərbi əməliyyatlar böyük itkilərlə müşayiət oluna bilər. Əli Kərimli bildirirdi ki, hakimiyyəti ələ almalıyıq, ermənilərlə birlikdə Avropa Birliyinə getməliyik, Birliyin çətiri altında Qarabağ məsələsini həll etməliyik. O vurğulayır ki, Rusiyanın regiondan çəkilməsini gözləmək lazımdır. Dəhşətli bir plan idi, cəmiyyət isə buna reaksiya vermədi. Bizi ATƏT-in Minsk Qrupu 30 il yubatdı, Avropa Birliyində də 30 il gözləməli idik?”. Pravda.az

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …