Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Qiyamçı general ölməyib, sağdır, mühasirədədir

Qiyamçı general ölməyib, sağdır, mühasirədədir

Tacikistan müdafiə nazirinin sabiq müavini, qiyamçı general Əbdülhalim Nazorzadənin məhv edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. Musavat.com-un xəbərinə görə, bu barədə TASS agentliyi Ramit dərəsində aparılan antiterror əməliyyatının gedişindən xəbərdar olan mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, Nazorzadə sağdır, onun gizləndiyi yer müəyyən olunub, aradan çıxa biləcəyi yerlər mühasirəyə alınıb. Mənbə qeyd edib ki, generalın ölümü əməliyyat zamanı sağ ələ keçirilən tərəfdarları tərəfindən təkzib edilib. Onlar Nazorzadənin sağ olduğunu bildiriblər.

Qeyd edək ki, qiyamçı generalın həlak olması barədə xəbər “Aziya-plyus” agentliyi tərəfindən respublikanın hüquq-mühafizə orqanlarına istinadla yayılmışdı.

Musavat.com

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın