Ana səhifə / Siyasət / Cəlilabadda bir neçə körpü uçub, kəndlərlə əlaqə kəsilib

Cəlilabadda bir neçə körpü uçub, kəndlərlə əlaqə kəsilib

Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb.
“Report” xəbər verir ki, rayon ərazisində ötən gündən yağmağa başlayan güclü yağış hazırda da davam edir.
Yağışın yaratdığı sel-suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından elektrik enerjisinin verilməsi dayandırılıb.
Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. Əraziyə cəlb edilən FHN-nin texnika və canlı qüvvəsi nəticəsində təhlükə aradan qaldırılıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın