Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bütün məsələləri açıb deyəcəm” – Xoşqədəm Hidayətqızı danışdı

“Bütün məsələləri açıb deyəcəm” – Xoşqədəm Hidayətqızı danışdı

Tanınmış jurnalist, “Səni Axtarıram” layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirəcək.

Bu barədə o, AzNews.az-a açıqlamasında deyib.

Bildirib ki, mətbuat konfransında son olaylarla bağlı bütün məsələlərə aydınlıq gətirəcək.

“Bir neçə saat sonra bəzi mətbuat orqanlarının iştirakı ilə mətbuat konfransı keçirəcəyik. Son olaylarla bağlı haqqımda bəzi iftiralar, həqiqətə uyğun olmayan məlumatlar yazıldı. Bu informasiyalar nə insanlığa, nə də jurnalistikaya yaraşır. Bugünkü konfransda bütün bu suallara aydınlıq gətirəcəyəm, qaranlıq məqamları açıqlayacağam”.

Qeyd edək ki, bir neçə gündür ki, Xoşqədəm Hidayətqızının ATV-dən ayrılması ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılıb. Onun “Səni axtarıram” verilişini ANS-də davam etdirəcəyi deyilir. Bundan əlavə, onun ATV-dən uzaqlaşdırılması ilə bağlı bir neçə versiya da irəli sürülüb. Onların arasında Xoşqədəm Hidayətqızının nüfuzuna xələl gətirən məqamlar da var.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın