Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bütün geylər Azərbaycana qarşı

Bütün geylər Azərbaycana qarşı

Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hüquqlarının pozulduğunu hesab edən 25 Azərbaycan vətəndaşından 25 iddia ərizəsi daxil olub. Bu iddia ərizələri onlarda ehtiva olunan şikayətlərin mahiyyəti nəzərə alınaraq, bir məhkəmə işində birləşdirilib.

Virtualaz.org xəbər verir ki, məhkəmənin rəsmi saytında dərc edilmiş məlumat bülletenində ərizəçilərin adları qeyd olunmayıb. Bunun əvəzində əzirəçilərin hər biri A-dan Y-yə qədər latın əlifbasının bir hərfi ilə göstərilib. Bütün iddiaçıların nümayəndəsi kimi vəkil Xalid Bağırov çıxış edir. İş “A against Azerbaijan and 24 other applications», yəni “A Azərbaycana qarşı və daha 24 digər ərizə”.

Strasburqda Avropa İnsan Haqları Məhkəməsi

Məlumatda qeyd olunur ki, iş üzrə iddiaçılar qismində LGBT cəmiyyətinin nümayəndələri çıxış edirlər. Bunlar 2017-ci ilin sentyabr ayının ortalarında Bakıda polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılmış qeyri-ənənəvi cinsi oriyentasiyaya malik şəxslərdir. Ərizəçilərin iddialarına görə, onların həbsi və sonradan verilmiş inzibati saxlanılma qərarı qanunsuz və əsassızdır və yalnız onların real, yaxud güman edilən cinsi orientasiyalarına əsaslanır.

Ərizəçilər onu da bildirirlər ki, polis və təcridxana əməkdaşları onlara pis münasibət göstəriblər, müvafiq dövlət orqanları isə bu ittihamlar üzrə əməli istintaq aparmayıblar. İddiaçılar həmçinin saxlanıldıqları vaxt məruz qoyulduqları məcburi tibbi yoxlamaya görə də şikayətləniblər.

Məlumatda qeyd olunur ki, AİHM Azərbaycan hökumətindən ərizəçilərin həbsinə və inzibati saxlanılmasına dair bütün sənədlərin surətlərini, o cümlədən birinci instansiya və Bakı Apellyasiya Məhkəməsinin qərarlarının, məcburi tibbi müayinənin nəticələrinin surətlərini tələb edib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …