Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Bütün dünya Zəhranın qətlinə münasibət bildirməlidir” – Samir Şərifov

“Bütün dünya Zəhranın qətlinə münasibət bildirməlidir” – Samir Şərifov

“ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında dəstək və kömək etməyə hazırlığına dair məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyinin göstəricisidir”

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-ın müstəqilliyinin 241 illiyi münasibətilə bu ölkənin Bakıdakı səfirliyində keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

“Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davat etməsini dəstəkləyir. Azərbaycan ABŞ-ın Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu gün Azərbaycanda 200 ABŞ şirkəti fəaliyyət göstərir”-deyə S.Şərifov söyləyib.

Nazir əlaqələrin energetika sahəsindən əlavə digər sahələrdə də inkişaf etdirmək üçün böyük potensial olduğunu vurğulayıb.

S.Şərifov, həmçinin qeyd edib ki, Azərbaycan 25 ildir Ermənistan silahlı qüvvələrinin təcavüz siyasəti ilə üzləşib və bu, təhlükəsizlik və yüksək səviyyədə əməkdaşlığa mane olan əsas səbəblərdən biridir.

“Erməni təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Alxanlıda 2 yaşlı körpə Zəhra ilə nənəsi kimi günahsız insanların öldürülməsinə rəvac verir. Bütün dünya 2 yaşlı Zəhranın qətlinə münasibət bildirməlidir. Erməni təcavüzünün artması beynəlxalq aləmin və Minsk qrupu həmsədri kimi ABŞ ın regionda sülhün təmin olunmasında rolunun artırılmasının vacibliyini qeyd edir”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın