Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Burada ruhi xəstələri diləndirirlər… – Rəzalət

Burada ruhi xəstələri diləndirirlər… – Rəzalət

Qazax rayonunda yerləşən Ruhi Xəstəxanada dəhşətli faktlar ortaya çıxıb. Bakunews.az-a daxil olan məlumatla əlaqədar həmin ərazidə araşdırma aparan əməkdaşlarımız Qazax Rayonlararası Ruhi Xəstəxanasının qarşısında gördükləri mənzərədən dəhşətə gəlib. Xəstəxanada müalicə olunan xəstələrin rayon ərazisində diləndiyi məlum olub. Xəstələrdən biri bu barədə əməkdaşımıza dəhşətlər açıqlayıb. Xəstəxanada məskunlaşan və müalicə olunan xəstə bildirib ki, onlar müəssisənin rəhbərliyi tərəfindən işgəncələrə məruz qalır. Rəhbərlik xəstəkləri döyərək zorən dilənməyə, pul qazanmağa vadar edir. Xəstənin dediyinə görə müəssisə rəhbəri onlardan hər gün pul tələb edir. Hər gün səhər saatlarında ac-acına müəssisədən çıxarılan xəstələrə tapşırılır ki, axşama hər xəstə minumum 20-30 manat pul qazanmalıdır. Əks halda həmin xəstələrə nə yemək verilir, nə də onlar müəssisəyə buraxılmır. Çarəsiz qaqlan xəstələr səhər saatlarında müəssisədən çıxaraq rayon ərazisində müxtəlif yaşayış məntəqələrinə yollanır və əhalidən dilənməklə pul alıb müəssisə rəhbərliyinə gətirir.
Mənbənin Bakunews.az-a verdiyi bir digər məlumatda isə Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət doğuran hadisə baş verib. Beləki, adıçəkilən dövlət müəssəsində xəstələr küçələrdə dilənməyə məcbur edilir. Məlumatlara görə hər gün içib keflənən rəhbərlik xəstələri dilənməyə vadar edir.

Adıçəkilən xəstəxananın bir neçə sakinləri də əməkdaşlarımıza bildirib ki, bir neçə ildir həmin müəssisənin sakinidirlər. Həmin şəxslər səhər saatlarında rayon ərazisinə dilənmək üçün göndərildiklərini iddia ediblər. Onları dediyinə görə, pul qazana bilmədikləri günlərdə müəssisəyə buraxılmır, qapı qarşısında saxlanılıb incidilirlər.

Burada ruhi xəstələri diləndirirlər…

Məlumatlarda da göründüyü kimi adı çəkilən xəstxananın baş həkimi bu yolla da pul qazanmaq istəyir.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın