Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bunu prezident tələb edir” – Eldar Əzizovdan xəbərdarlıq

“Bunu prezident tələb edir” – Eldar Əzizovdan xəbərdarlıq

Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, əlaqədar idarə və təşkilatların, qəsəbədəki təhsil, səhiyyə və digər müəssisələrin rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə hesabat yığıncağı keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sakinlərlə görüş formatında təşkil olunmuş yığıncaqda Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyevin hesabatı çıxışından sonra açıq mikrofon formatında qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib. 20-dən çox sakin açıq mikrafonda çıxış edərək problem və təkliflərini səsləndirib.

Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Eldar Əzizov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, prezidentin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə məlumat verib. Eldar Əzizov çıxışında qəsəbə nümayəndəliyi, bələdiyyə, MİS və xidmətlərin rəhbərlərinə işlərində dönüş yaradılması üçün ciddi tapşırıqlar verib: “İnsanlara yuxarıdan baxmaq olmaz. Hər bir vəzifəli şəxs vətəndaşların müraciətinə həssas yanaşmalıdır. Dövlət qulluqçusunun əsas vəzifəsi müraciətlərə biganə qalmamaq, onun həlli üçün səylərini əsirgəməməkdir. Bunu bizdən vəzifə borcumuz tələb edir. Bunu cənab prezident tələb edir. Buna görədə də bütün imkanlar səfərbər olunmalıdır”.

“Bunu prezident tələb edir”  -  Eldar Əzizovdan xəbərdarlıq
“Bunu prezident tələb edir”  -  Eldar Əzizovdan xəbərdarlıq
“Bunu prezident tələb edir”  -  Eldar Əzizovdan xəbərdarlıq
“Bunu prezident tələb edir”  -  Eldar Əzizovdan xəbərdarlıq
“Bunu prezident tələb edir”  -  Eldar Əzizovdan xəbərdarlıq

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın