Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bunu kim deyirsə, axmaqdır” – Aqil Abbas Mehman Hüseynova əsəbiləşdi – Video

“Bunu kim deyirsə, axmaqdır” – Aqil Abbas Mehman Hüseynova əsəbiləşdi – Video

Tanınmış bloqer Mehman Hüseynov bu dəfə Milli Məclisdə növbədən kənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə münasibət öyrənmək üçün deputatlara üz tutub.

Bloqerin “Milli Məclis özünü buraxır yoxsa yox?” və “Milli Məclis qocalar evinə bənzəyir” tipli atmacalı suallarına ilk cavabı Aqil Abbas verib: “Milli Məclis özünü buraxır yox, növbədən kənar seçkilərə gedir. Cənab Prezidentin fərmanı ilə vaxtı da bilinəcək. YAP çoxluq təşkil edir və onlar növbədən kənar seçki keçirmək istəyirlərsə, qarşısını almaq olmaz. Yəni yeni heç nə yoxdur. Kim “Milli Məclis özünü çoxdan buraxıb” yazırsa, o, axmaqdır”. 

Mehman Hüseynov eyni sualla Vahid Əhmədova da müraciət edib. Deputat bu sualı gülüşlə qarşılayıb: “Ümumiyyətlə bu barədə çox söhbətlər gedir. Milli Məclisin yenilənməsinə ehtiyac var. Müasir tələblərə cavab verən bir Parlament qurulmalıdır. Siyasətdə qoca, cavan söhbəti yoxdur. Yaşlı insanlar daha çox fəal və təcrübəli olurlar. 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …