Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Bu zəfər illərlə səssiz qalanlara ən gözəl cavab oldu” – Akar

“Bu zəfər illərlə səssiz qalanlara ən gözəl cavab oldu” – Akar

“Qəhrəman Azərbaycan ordusunun bu qələbəsi təkcə 44 günlük mübarizə ilə deyil, 30 illik israrın, inam və əzmin nəticəsində əldə olunub”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar Zəfər Günü münasibətilə tədbirdə çıxışında deyib.

“Bu, sadəcə Ermənistana qarşı qazanılan qələbə deyil. Bu zəfər eyni zamanda illərlə haqsızlığa, qanunsuzluğa göz yumanlara, səssiz qalanlara ən gözəl cavab oldu. Hər zaman olduğu kimi sevincinizi sevincimiz, kədərinizi kədərimiz bildiyimiz can qardaşlarımızın bu haqlı mücadiləsində də yanında olduq. Millət olaraq, qardaşlarımıza bütün imkanlarımızla dəstək verməyə çalışdıq. Çünki biz bir kökdən, eyni gövdədən qidalanan ulu çinarın budaqları kimiyik, böyük bir xalqın övladlarıyıq. Biz Metenin, Atillanın, Alpaslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Tarixi dönəmdə baş verən hadisələr Azərbaycanla Türkiyə arasında maneələr yaratsa da, dini, dili və milliyyəti eyni olan, tarixi qardaşlıq bağlarıyla bir-birinə bağlı olan iki ölkənin xalqlarının qəlbinə heç vaxt kilid vura bilməyib və vurmayacaqdır”, – Akar bildirib. AzVision.az

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …