Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bu, “xalqın cibinə girməkdən” başqa bir şey deyil” – Deputat qiymət artımı barədə

“Bu, “xalqın cibinə girməkdən” başqa bir şey deyil” – Deputat qiymət artımı barədə

“Son vaxtlar bir sıra rüsum və yığımların, ictimai nəqliyyatda gediş haqqının və indi də premium-klass benzinin qiymətinin artırılması əhalinin vəziyyətinə təsir edəcək”.

Bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, parlamentin deputatı Fərəc Quliyev Ai-95, Aİ-98 markalı benzinlərin bahalaşmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, büdcənin qiymət artımı hesabına doldurulması vəziyyətdən çıxış yolu deyil, alternativ yollar axtarılmalıdır.

O qeyd edib ki, metro və avtobus nəqliyyatında gediş haqqının artırılması, istehlak bazarında bahalaşma əhalinin maddi vəziyyətini pisləşdirir.

F.Quliyev neft hasilatı olan ölkədə benzinin bahalaşmasının anlaşılmaz olduğunu hesab edir.

Onun fikrincə, ixrac qiymətlərinin artması aydın məsələdir. Amma neftin qiyməti sabit olan bir vaxtda ölkə daxilində qiymətin artırılmasının heç bir məntiqi izahı yoxdr və bu, “xalqın cibinə girməkdən” başq bir şey deyil.

O, Aİ-92 benzininin bahalaşmasının qətiyyən yolverilməz olduğunu bildirib.

“Bu, səhv olardı. Belə bir addım atsalar, mütləq pensiyaları, əmək haqlarını artırmaq, təzminat nəzərdə tutmaq lazım gələcək ki, xalq bundan əziyyət çəkməsin”, – deyə Quliyev bildirib.

Xatırladaq ki, avqustun 1-dən ictimai nəqliyyatda gediş haqqın 50 faiz bahalaşıb. Avqustun 19-da yanacaqdoldurma məntəqələrində Aİ-95 və Aİ-98 benzininin qiyməti 20 və 6 faiz bahalaşıb. Bundan başqa, hökumət bir sıra rüsumları artırıb. (Turan)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …