Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / ”Bu strateji məsələdə bizə birinci dəstək verən Türkiyə oldu” – Ayaz Mütəllibov

”Bu strateji məsələdə bizə birinci dəstək verən Türkiyə oldu” – Ayaz Mütəllibov

“Moskva o dövrdə, ümumiyyətlə, bu məsələlərə qarışmırdı…”

1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub.BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin daha 7 respublikası (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ermənistan) BMT-yə qəbul edilib. Daha üç respublika — Litva, Latviya, Estoniya 1991-ci ilin dekabrında BMT-yə üzv olmuşdular.
Digər respublikalardan fərqli olaraq slavyan mənşəli Rusiya, Ukrayna və Belarus  isə hələ SSRİ dövründən formal şəkildə BMT-nin üzvü idi.
Maraqlıdır ki, Gürcüstan  Azərbaycan və Orta Asiya respublikalarından 4 ay sonra –  1992-ci ilin iyulunda  bu təşkilata qəbul olunub.
Moderator.az əməkdaşının Azərbaycan üçün siyasi baxımdan əlamətdar olan 2 mart 1992-ci il tarixi haqda fikirlərini öyrənmək üçün o günlərdə yenicə müstəqillik qazanmış Respublikamızın ilk Prezidenti olmuş Ayaz Mütəllibova müraciət edib.
“Doğrudan da o dövrdə BMT-yə daxil olmaq – cəmi  5 ay öncə müstəqillik qazanmış Azərbaycan Respublikası üçün  çox əlamətdar hadisə oldu. Onu deyim ki, bu əhəmiyyətli və strateji məsələdə bizi ilk olaraq Türkiyə dəstəklədi. Sonra İran…  Sonrakı dövlətlər yadımda deyil…” –deyə keçmiş dövlət başçısı bildirib.
“Rusiyanın Azərbaycanın müstəqil şəkildə BMT-yə daxil olması məsələsinə münasibəti necə idi”sualına cavab olaraq Ayaz Mütəllibov belə deyib:
”Moskva, o dövrdə, ümumiyyətlə, belə məsələlərə qarışmırdı. Odur ki, keçmiş müttəfiq respublikalar kimi tez, kimi gec olmaqla müstəqilliklərini elan edib  BMT-yə daxil olurdular…
“Bəs respublika rəhbərliyində sizdən başqa daha kimlərin BMT-yə üzvlük məsələsində fəallığı oldu” sualını isə eks-prezident qısa cavablandırdı:
“Düzü, adlar dəqiq yadımda deyil…  Amma yadımdadır ki, biz bu məsələni o zaman parlamentdə müzakirəyə qoyanda bir neçə nəfər istisna olmaqla əksər deputatlar BMT-yə üzvlüyün lehinə səs vermişdi…”

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …