Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bu savaşda düşmən öz havadarları ilə birlikdə darmadağın edildi, diz çökdürüldü” – İTC

“Bu savaşda düşmən öz havadarları ilə birlikdə darmadağın edildi, diz çökdürüldü” – İTC

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının növbəti toplantısı keçirilib. Toplantıda 27 sentyabr Anım günü ilə bağlı müzakirələr aparılıb və bununla bağlı açıqlama yayılıb.

Həmin açıqlamada əsasən deyilir :

İrəvan Türk Cümhuriyyəti Millət Şurası İkinci Qarabağ savaşında həyatını itirən bütün Şəhidlərimizin “Anım günü” ilə əlaqədar qəhrəman millətimizə, Şəhid övladlarımıza Allahdan rəhmət diləyir dərin hüznlə başsağlığı verir!
27 sentyabr 2020-ci ildə başlayan bu savaş, İkinci Qarabağ müharibəsi, Azərbaycanımızın yetərli hərbi-siyasi gücə və orduya malik olduğunu, xalqımızın, ordumuzun, siyasi qüvvələrin millət və vətən naminə səfərbər olma, birləşmək imkanlarını ortaya qoydu. 44 günlük bu savaşda Qəhrəman Ordumuz, tək Qarabağda deyil bütünlükdə dünyada geosiyasi mənzərəyə yeni yön verməsini böyük qürurla, ehtiramla qeyd edirik.
Bu savaşda düşmən öz havadarları ilə birlikdə darmadağın edildi, diz çökdürüldü. Bunu isə Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu, torpaqlarımızın azadlığı uğurunda həlak olan və qəhrəmanlıqlarını qəlbimizdə əbədi yaşadacağımız şəhidlərimiz, Qazilərimiz, ordumuzun hər bir mənsubu etmişdir.
27 sentyabr Millətimizin vahid bir güc kimi iradəsini ortaya qoyduğu tarixi bir gündür. Bu gün Zəfərə gedən tarixi gün kimi yaddaşlara əbədi həkk olunan tarixi bir gün kimi hər zaman anılacaqdır.
44 günlük savaşdan 4 ay əvvəl İrəvan Türk Cümhuriyyətinin elan olunması da təsadüfi olmamışdır, İTC-nin doğma vətən torpaqlarının, Qərbi Azərbaycanın hər bir qarışının azğın düşməndən təmizlənməsi istiqamətində ardıcıl siyasi və ideoloji fəaliyyəti təsirsiz qalmamışdır. 27 sentyabrdan başlanan qələbə əzmi Qərbi Azərbaycan Türkləri olaraq bizlərdə də doğma yurdlarımıza qayıdışın tarixi, geosiyasi əsaslarının yarandığını ortaya qoymuş oldu. İrəvan Azərbaycandır!
İTC olaraq vətən torpaqlarımızın bütövləşməsində dünyasını dəyişən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.

İTC-nin Millət Şurası

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …