Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bu ölkə ABŞ və Azərbaycan sayəsində…” – Blinken
(FILES) In this file photo taken on April 30, 2022 US Secretary of State Antony Blinken arrives for the White House Correspondents’ Association gala at the Washington Hilton Hotel in Washington, DC. - US Secretary of State Antony Blinken tested positive May 4, 2022 for Covid-19 and will shift to a virtual work schedule, the State Department said. (Photo by Stefani Reynolds / AFP)

“Bu ölkə ABŞ və Azərbaycan sayəsində…” – Blinken

ABŞ və Azərbaycan 2024-cü ildə Bolqarıstanın qaz tələbatını, demək olar ki, tamamilə qarşılayacaq.

Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla görüşündə deyib.

Onun sözlərinə görə, yenicə inşa edilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Bolqarıstanın qaz nəqlini diversifikasiyalaşdırmasına və Rusiya qazından tam imtina etməsinə imkan yaradacaq.

“Gələn il Bolqarıstan bu interkonnektor sayəsində özünün daxili qaz tələbatının təqribən 100 faizini Azərbaycan və ABŞ-dan nəql edilən qaz hesabına qarşılayacaq”, – Blinken deyib.

Qeyd edək ki, IGB 1 oktyabr 2022-ci il tarixindən fəaliyyətə başlayıb. Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir./Trend

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …