Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bu müəssisələrə enerji tariflərində güzəşt ediləcək – Təklif paketi hazırlanır

Bu müəssisələrə enerji tariflərində güzəşt ediləcək – Təklif paketi hazırlanır

Azərbaycanda strateji müəssisələrin enerji təminatına dair güzəştli tariflər müəyyənləşdiriləcək.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
Qeyd olunur ki, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaq.
Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın