Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bu ilin ikinci yarısında REAL Partiyasının dövlət qeydiyyatı ləğv edilə bilər”

“Bu ilin ikinci yarısında REAL Partiyasının dövlət qeydiyyatı ləğv edilə bilər”

“Yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”.

Bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

“Ölkə daha 30 il bu hökumətin və onunla doğmalaşmış “əsl müxalifətin” əllərində qalacaq. Daha 30 il… Düzdür, hökumət bütün dünyaya izah etməli olacaq ki, niyə basqı havasını aradan qaldırmadan yeni qanun qəbul edib ölkənin məhz ən konstruktiv, əməkdaşlığa hazır, irəliyə baxan siyasi partiyasını “vurdu”. Amma bu söhbətin faydası artıq olmayacaq. Əlbəttə, ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq. Bunun qarşısını almağın yolunu bilirsiniz. Özünüz də üzv kimi qeydiyyatdan keçin, yaxın bildiyiniz adamların hər birini də cəlb edin”, – İ.Məmmədov qeyd edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …