Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Bu il Məhərrəm ayı 29 gün olacaq” – QMİ-dən AÇIQLAMA

“Bu il Məhərrəm ayı 29 gün olacaq” – QMİ-dən AÇIQLAMA

“Hicri Qəməri təqviminə görə bu il Məhərrəm ayı 29 gündür. Ona görə də noyabr ayının 12-də Məhərrəm ayı başa çatır, 13-dən etibarən Səfər ayı başlayır”.

Bu haqda Modern.az saytına Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

O qeyd edib ki, İmam Hüseyn (ə)-ın 40 mərasimi Aşura (Məhərrəmin 10-cu günü deməkdir) günündən başlayaraq hesablanır:

“Bu baxımdan Aşura günü oktyabrın 24-ə təsadüf etmişdi. Həmin gündən başlayaraq 40 gün hesablanır və imamın 40-ı çıxan gün Ərbəin adlanır. Bunu Aşura günündən hesablayanda Məhərrəm ayının 10-cu gününə düşür. Aşura günü də qətl günü sayıldığından hesablama ilə İmamın 40-ı dekabrın 2-nə düşür”.

Əhali arasında yaranan çaşqınlığa aydnlıq gərirən QMİ rəsmisi bildirib ki, İmamın 40-ı Aşura günündən hesablanır.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın