Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bu gün Rauf Mirqədirovun məhkəməsidir – Fotolar

Bu gün Rauf Mirqədirovun məhkəməsidir – Fotolar

Bu gün “Ayna Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun növbəti məhkəmə prosesi keçiriləcək. 
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hazırda məhkəmə binasının önündə heç kim yoxdur.
Qeyd edək ki, Rauf Mirqədirovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində Əlisultan Osmanovun sədrliyi ilə keçiriləcək.
Hələlik məhkəmə iclasının başlaması barədə heç bir məlumat verilmir. Prosesin şahidlərin ifadələri ilə davam edəcəyi gözlənilir.
Hazırda tanınmış jurnalist Azər Rəşidoğlu da məhkəmə binasının önünə gəlib. A. Rəşidoğlunun da bun gün ifadə verəcəyi gözlənilir.
Rauf Mirqədirovun məhkəməsində şahidlər Azər Rəşidoğlu və Fərid Qəhrəmanov ifadə verib.
Hər iki şahid ifadə  verdikdən sonra jurnalistlərə bildiriblər ki, Rauf Mirqədirovun vətənə xəyanət etməsinə inanmırlar.
Cavanşir Abbaslı
Musavat.com
 



Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın