Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır – Deputatlar nəyi müzakirə edəcək?

Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır – Deputatlar nəyi müzakirə edəcək?

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində ilk komitə iclası keçirilcək.

Bu barədə Oxu.Az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli məlumat verib.

Deputat qeyd edib ki, iclasda Elm və təhsil komitəsinin payız sessiyası üçün gündəliyi müzakirə olunacaq.

Onun sözlərinə görə, bir sıra qanunlara əlavə və düzəlişlər nəzərdə tutulub.

“Elm və təhsil komitəsinin payız sessiyası üçün prioriteti “Ali məktəb haqqında” qanun layihəsinin qəbul edilməsidir”,- deyə İ.Həbibbəyli əlavə edib.

Parlamentari xatırladıb ki, “Ali məktəb haqqında” qanun layihəsinin hazırlanmasına Milli Məclisin beşinci çağırışında başlanılmışdı.

“Ancaq o sənəd başlanğıc mərhələdə idi. Yəqin ki, bundan sonra həmin qanun layihəsi əsaslı şəkildə yenilənəcək. Bu, bizim üzərimizə düşən vəzifədir”.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …